Dövlət qeydiyyatına alınmışdır” “Təsdiq edilmişdir”

Azərbaycan Respublikası Vergilər Nazirliyi Yaşıl İnşaat və Loqistika

yanında Milli Gəlirlər Departamentinin Məhdud Məsuliyyətli Cəmiyyətinin

Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi təsisçisi tərəfindən

tərəfindən

Qeydiyyat № 1503366901

<< 02 >> << Noyabr >> 2017-ci il

İdarənin direktoru:_____________________ Cəfərov Orxan Tahir oğlu

YAŞIL İNŞAAT VƏ LOQİSTİKA”

Məhdud Məsuliyyətli Cəmiyyətinin

NİZAMNAMƏSİ

(2-ci redaksiyada)

1.ÜMUMİ MÜDDƏALAR

1.1 “Yaşıl İnşaat və Loqistika” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra Cəmiyyət adlanacaq) öz fəaliyyətinin Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu nizamnamə əsasında həyata keçirir.

1.2 Bu nizamnamənin 18.11.2016 – cı il tarixdə, 1503366901 (VÖEN) qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış “ YAŞIL İNŞAAT” MMC-nin adının dəyişdirilməsi ilə əlaqədar 2-ci redaksiyada nizamnaməsidir.

1.3 Hüquqi ünvanı: AZ1069, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, TEYMUR ƏLİYEV, Ev 95/95A,Mən.

2. CƏMİYYƏTİN NİZAMNAMƏSİ KAPİTALI

2.1 Cəmiyyətin nizamnaməsi kapitalı 10 manat həcmindədir və hər biri 1 manat olmaqla 10 paydan ibarətdir.

2.2 Cəmiyyətin təsisçisi: CƏFƏROV ORXAN TAHİR OĞLU, 10 pay 10 manat, 100% pul şəklində

2.3. Cəmiyyətin nizamnamə kapitalına qoyulan pay puldan, qiymətli kağızlardan , başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər. Nizamnamə kapitalına pay qoyulması üçün götürdüyü öhdəlik təsisçi tərəfindən pozulduqda o, Ümumi Yığıncağın qərarı ilə qəbul edilmiş qaydalara müvafiq məsuliyyət daşıyır. Nizamnamə kapitalına qoyulan əmlak və digər mülkiyyətin qiymətləndirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

2.4 Cəmiyyət iştirakçısının qoyduğu mayanın tərkibi və onun dəyişməsi, mayanın qoyulması qaydası və müddəti Ümumi Yığıncaq tərəfindən müəyyən edilir.

2.5 Ümumi yığıncağın qərarı əsasında vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onları nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülür.

2.6 Cəmiyyət iştirakçının payını ( və ya onun bir hissəsini) əldə etdiyi halda, həmin payı (və ya payın hissəsini) Ümumi Yığıncağın qərarında müəyyən edilmiş müddətdə və qaydada satmalı və ya qanunvericiliyə müvafiq qaydada nizamnamə kapitalını azaltmalıdır.

3. CƏMİYYƏTİN FƏALİYYƏTİ

3.1 Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, məşğul ola bilər o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər.

4.CƏMİYYƏTİN İDARƏ OLUNMASI QAYDASI

4.1 Cəmiyyətin ali orqanı onun iştirakçılarının Ümumi yığıncağıdır ( bundan sonra- ümumi Yığıncaq ). Cəmiyyətin təsisçisi bir nəfər olduqda, Cəmiyyətin Ümumi Yığıncağının səlahiyyətləri təsisçi tərəfindən tək başına həyata keçirilir.

4.2 Ümumi yığıncağın növbəti və növbədənkənar ola bilər. Növbəti Ümumi Yığıncaq icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır. Hər bir təsisçi Cəmiyyətin Ümumi Yığıncağında iştirak etmək, Cəmiyyətin orqanlarını seçmək ( təyin etmək), onlara seçilmək ( təyin edilmək)və səs vermədə ( şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır.

4.3 Cəmiyyətin təsisçilərinin Ümumi Yığıncağının müstəsna səlahiyyətlərinə qanunvericiliklə başqa şərtlər müəyyən edilməmişsə, aşağıdakilar aiddir:

Cəmiyyətin Nizamnaməsinə əlavə dəyişikliklər etmək, onun nizamnamə kapitalının miqdarını dəyişdirmək;

Cəmiyyətin növbədənkənar ümumi yığıncaqların səlahiyyət müddətini müəyyənləşdirmək;

Cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək;

Cəmiyyətin başqa təşkilatlarda iştirakı, habelə hüquqi şəxsləri, filialların və nümayəndəliklərin yaradılması, yenidən təşkili və ləğv edilməsi;

Cəmiyyətin icra orqanının səlahiyyətlərinin kənar idarəçiyə verilməsi:

Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasını müəyyən etmək.

4.4 Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi var. Ümumi yığıncaqda cəmiyyətin nizamnamə kapitalın paylarin 75%-nə malik olan iştirakçıların təmsil olunduğu ümumi yığıncaq səlahiyyətli sayılır. Cəmiyyətin ləğv edilməsi və ya yenidən təşkili barədə qərarların qəbul olunması üçün cəmiyyətin nizamnamə kapitalındakı payların 100%- nə malik olan iştirakçılar ümumi yığıncaqda təmsil olunmalıdırlar.

4.5 Ümumi Yığıncaqda Nizamnamənin və nizamnaməyə edilən əlavə və dəyişikliklərin nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırırlması, cəmiyyətin icra orqanların yaratmaq və onların yüksək səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərinin təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək, cəmiyyətin yenidən təşkil və ya ləğv edilmədi barədə qərarlar ümumi yığıncaqda iştirak edən bütün təsisçilərin yekdil qərari ilə, digər məsələlər isə sadə səs çoxluğu ilə qəbul edilir.

4.6 cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Direktor tərəfindən həyata keçirilir.

4.7 Direktor cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, Cəmiyyətin operativ idarə edilməsi həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, O cümlədən Məhkəmədə cəmiyyəti təmsil edir. Ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, Cəmiyyətin adından əqdlər bağlayir, rəsmi sənədləri imzalayır, Cəmiyyətin işçilərini vəzifəyə təyin edir, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin təsdiq edilməsi haqqında əmrlər verir.

4.8 Qanunvericilikdə və cəmiyyətin Nizamnaməsi ilə Ümumi yığıncağın və digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir.

5.CƏMİYYƏTİN LƏĞV OLUNMASI

5.1 Cəmiyyətin ləğv olunması Azərbaycan Respublikasının Mülkü Məcəlləsində və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada həyata keçirilir.

YAŞIL İNŞAAT”

Məhdud Məsuliyyətli Cəmiyyətinin Təsisçisinin

QƏRARI

Bakı şəhəri “26” Oktyabr 2017-ci i

Təsisçi:

Cəfərov Orxan Tahir oğlu

Qərara alındı:

1 “ Yaşıl İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək “ Yaşıl İnşaat və Loqistika” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi müəyyən edilsin.

2 Cəmiyyətin adının dəyişməsi ilə əlaqədar cəmiyyətin 2-ci redaksiyada nizamnaməsi təsdiq edilsin.

3. Dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması üçün müvafiq dövlət orqanına müraciət edilsin. Dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın və digər hazır sənədlərin götürülməsi direktor Cəfərov Orxan Tahir oğluna həvalə edilsin.

Təsisçi ___________________

Subject us gov and politics rating 0 no votes yet tags political parties democrats whigs federalist anti-federalist republican printer friendly word meaning discretional spending – spending program – prothesiswriter.com gov.